• Məqsəd və vəzifələr

    KARMALAB şirkətinin fəaliyyəti iki əsas istiqamət üzrə
    qurulmuşdur:

    1. Dövlət və özəl sifarişlər əsasında tibbi, ərzaq və qeyri-ərzaq
    laboratoriyalarının planlaşdırılması, qurulması və fəaliyyətinin təşkili.
    2. Tibbi, laborator və digər avadanlıqların istehsalı, idxalı, ixracı və pərakəndə
    satışı.

    Peşəkarlıq, çeviklik, fərdi yanaşma və müştəri məmnuniyyətini ön planda tutan
    KARMALAB, bu istiqamətlərdə aşağıdakı xidmətləri təqdim edir:
    - Planlaşdırılan obyektin strukturu və fəaliyyət profili üzrə təkliflərin
    hazırlanması;
    - Layihələndirmə və dizayn;
    - İnşaat və təmir işlərinə texniki və müəllif nəzarəti;
    - Avadanlıqların seçimi, təyinat yerinə çatdırılması və quraşdırılması;
    - İşçi heyətinin seçilməsi və təlimi;
    - Avadanlıqların zəmanətli və zəmanətdən sonrakı texniki servisi;
    - Ehtiyat hissələri və məsrəf materialları ilə təchizat.

  • Distribyutorluq və Avadanlıq Təklifləri

    İxtisaslaşmış böyük həcmli layihələri icra edən və bazara
    yüksək keyfiyyətli, müasir avadanlıqlar təqdim edən şirkət üçün dünyanın
    aparıcı istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq və yeni texnologiyalardan xəbərdar
    olmaq prioritet məsələlərdəndir.

    KARMALAB Avropa, ABŞ, Kanada, Yaponiya, Fransa və digər ölkələrin
    istehsalçıları ilə əməkdaşlıq edir və AccuStandard, Advantage-Lab,
    Agdia-Biofords, Angstrom, Astori, Aurora Instruments, Biobase, Biolab, Bioline,
    Bioo Scientific, Boeco, Buck Scientific, Diagnostic Automation, Dialab, Elisa
    System, Isolab, Neogen Europe, Roth Laboratories, Rotronic, Transia GmbH, CPAchem və digər
    30-dan çox şirkəti Azərbaycanda təmsil edir.

    Brend-menecerlər komandamız bu istehsalçıların avadanlıqları barədə geniş
    biliklərə malik olmaqla, müştərilərimizə düzgün model seçimi üzrə məsləhətlər
    verir və mərkəzlər üçün uyğun avadanlıq təklifləri hazırlayır.
    Şirkətimiz avadanlıqların təyinat yerinə çatdırılması, quraşdırılması, işə
    salınması, istismar təlimləri, istehsalçı nümayəndələrinin iştirakı ilə
    treninqlər, ehtiyat hissələri və məsrəf materialları ilə təchizat və texniki
    xidmət işlərini də yerinə yetirir.

    Bu uğurlar KARMALAB-a Azərbaycan bazarında dünya səviyyəli avadanlıqları təqdim
    etmək imkanı yaradır və onu etibarlı tərəfdaş kimi möhkəmləndirir.

  • Bazar Strategiyası

    2011-cu ildən etibarən Azərbaycanın iqtisadi potensialının
    artması ilə əlaqədar olaraq KARMALAB, bazarda peşəkar tibbi və estetik məsləhət
    xidmətlərinə olan tələbatı nəzərə alaraq müvafiq addımlar atmışdır.

    Bu sahədə çoxşaxəli fəaliyyət göstərən şirkətimiz biznes ideyasının
    formalaşdırılmasından başlayaraq hazır mərkəzin tam fəaliyyətə başlamasına qədər
    – müəllif, icraçı və sifarişçinin baş məsləhətçisi qismində çıxış edir.

  • Tarix

    2011-ci ildən etibarən KARMALAB adı ilə fəaliyyətinə başlayan
    şirkət hazırda Türkiyə, Azərbaycan, Gürcüstan və digər ölkələrdə müxtəlif təyinatlı
    laboratoriyalar, tibbi mərkəzlər və zavodların planlaşdırılması və qurulması
    üzrə dövlət və özəl sifarişləri uğurla həyata keçirir.

  • Layihələndirmə və Dizayn

    İxtisaslaşmış layihələr üzrə geniş təcrübəyə malik memar və
    dizaynerlər komandamız tərəfindən hazırlanan layihələr sifarişçinin biznes
    konsepsiyasına və mərkəzin təyinatına uyğunlaşdırılır, həm estetik, həm də
    funksional baxımdan üstünlük təşkil edir.

    Texniki servis və nəzarət departamentinin əməkdaşları layihələndirmə mərhələsində
    texniki şərtləri müəyyən edir, inşaat və təmir proseslərində memar və dizaynerlərlə
    birlikdə cari və müəllif nəzarətini həyata keçirirlər.

  • Texniki Servis və Nəzarət

    Bu departament avadanlıqların fasiləsiz, effektiv və dəqiq
    işləməsini təmin etmək üçün aşağıdakı xidmətləri göstərir:

    - Layihələndirmə mərhələsində avadanlıq yerlərinin və texniki şərtlərin müəyyən
    olunması;
    - İnşaat və təmir mərhələsində texniki şərtlərin icrasına nəzarət və hazırlıq
    işləri;
    - Avadanlıqların quraşdırılması, işə salınması, istismar qaydalarının izahı və
    təhvil verilməsi;
    - Zəmanətli və zəmanətdən sonrakı texniki xidmət və təmir.

  • Treninqlər və Tibbi Konsaltinq

    KARMALAB tərəfindən təqdim olunan yüksək texnologiyalı tibbi
    və laborator avadanlıqların istismarını dəstəkləmək məqsədilə istifadəçi
    treninqləri təşkil olunur.

    Qurulan mərkəzlərdə çalışan əməkdaşların peşəkar səviyyəsinin artırılması və
    avadanlığın imkanlarından maksimum istifadə edilməsi üçün şirkətimiz Avropa,
    Türkiyə və digər ölkələrdə təlimlərin keçirilməsini təşkil edir.

    Bundan əlavə, personalın seçimi və təlimi, daxili idarəetmə sisteminin
    qurulması və konsaltinq xidmətləri də KARMALAB tərəfindən təqdim olunur.

  • Həyata Keçirilən Layihələr

    KARMALAB tibbi müəssisələrin, müxtəlif profilli
    laboratoriyaların, ərzaq və qeyri-ərzaq laboratoriyalarının qurulması,
    avadanlıqla təchizatı və "açar təslim" xidmətlərini həyata keçirir.

    Bu günə qədər KARMALAB 20-dən çox dövlət və özəl tibbi mərkəz və
    laboratoriyanın layihələndirilməsi və qurulmasında müəllif və icraçı kimi
    iştirak etmişdir.